İstanbulda 3 gəmidə yanğın! - FOTOLAR

Son dəqiqələrdə verilən xəbərə görə, İstanbulun Maltəpə sahilində üç gəmi alovlanıb. Yanğınsöndürənlər yanğını nəzarət altına almağa çalışır. SİA bunu Türkiyə mətbuatına istinadən xəbər verir.

Qartal Dragos Marinada lövbərlənmiş bir gəmidə hələ bilinməyən bir səbəblə yanğın baş verib. Gəmidəki yanğın digər qayıqlara da sıçrayıb. Hadisə yerinə Maltəpə və Qartaldan gələn xilasetmə qrupları yanğına müdaxilə edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə