Zəlzələdə ölənlərin sayı 20-ə çatıb - FOTOLAR

Elazığ zəlzələsində ziyan görən Malatyanın Doğanyol qəsəbəsinə gələn Daxili İşlər naziri Süleyman Soylu, səhiyyə naziri Fahrettin Koca və Ətraf və şəhərsalma üzrə naziri Murat Kurum gecəni çöldə keçirən vətəndaşlarla görüşüblər. SİA-nın Türkiyə mətbuatına istinadən veridyi xəbərə görə, ölənlərin sayı 20-yə çatıb.


Qəsəbənin Gökçə məhəlləsinə gedən və araşdırmalar aparan nazirlər tonqal yandıraraq istiləşməyə çalışan vətəndaşlarla söhbət edib və keçmiş olsun deyib.


Nazir bildirib ki, Malatya Doğanyolda 4 nəfərin öldüyünü söyləyə bilərik. Hazırda 1 xəstəmiz var, əvvəl isə 3 xəstəmiz vardı, digərləri yüngül xəsarətlərdən xəstəxanalara aparılıb.

Buradakı ümumi vəziyyəti görmək üçün gəldik və zəlzələnin verdiyi zərərləri ətraf mühit və şəhərsalma nazirimizlə qiymətləndiririk.

Ümumilikdə kəndlərdə əsasən palçıqdan tikilmiş evlərin zəlzələdən sonra söküldüyünü müşahidə edirik. Burada bütün nəticələri nəzərdən keçirib əlimizdən gələnin ən yaxşısını ortaya qoyacağıq. Hər birinizə cansağlığı arzulayırıq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə