Türkiyədə zəlzələ: 18 ölü, 550 yaralı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib.

Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 553 nəfər olduğu bildirilib.

Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Bu səbəbdən ölü sayının artacağı gözlənilir.

Malatyada isə dağıntı altında qalan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə