Yaponiyada virusla bağlı ikinci fakt qeydə alınıb

Çinin Uhan şəhərində meydana gələn koronavirusun yolxuculuğuna görə qonşu ölkələrdə də yeni yoluxmalar qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə Yaponiyanın Kyodo xəbər agentliyi məlumat verib. Belə ki, Səhiyyə Nazirliyi ölkədə 2-ci hadisənin baş verdiyini bildirib.
Nazirlik, UhandanYaponiyaya tətilə gələn 40 yaşlı kişi xəstənin paytaxt Tokyoda müalicə edildiyini və vəziyyətinin sabit olduğunu bildirib.

Bəhs edilən şəxslə bərabər səyahət edən 20 nəfərin də Yaponiyadakı sağlamlıq mərkəzlərində müşayiət edildiyi və həmin şəxslərdə simptomların olmadığı qeyd edilib.

Xatırladaq ki, Yaponiyada təsdiqlənmiş ilk yeni koronavirus bu ayın əvvəlində Uhana səfərindən sonra Yaponiyadakı evinə qayıdan bir çinlidə müşahidə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...