Çində nəqliyyat əlaqəsi dayandırıldı

Çinin Hubey əyalətində yeni sətəlcəm virusunun yayılması səbəbindən Uxan şəhərindən sonra daha doqquz şəhərlə nəqliyyat əlaqələri müvəqqəti olaraq dayandırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla da əlaqə kəsilən şəhərlərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, Çində yeni növ koronavirus "2019-nCoV"un səbəb olduğu sətəlcəmdən ölənlərin sayı 26 nəfərə çatıb. ÇXR Gigiyena və sağlamlıq komitələrinin yaydığı məlumata görə, 849 nəfər virusa yoluxub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə