Yaponiyada "Fukusima-1" atom-elektrik stansiyası artıq rəsmi olaraq ölüm buludu saçır. SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ və sunamidən sonra qəzalı vəziyyətə düşən stansiyanın 1 nömrəli reaktorun yanındakı dəniz suyunda normadan 3355 dəfə çox radioaktif yod olduğu müəyyənləşdirilib.
Yaponiyanın Nüvə və Sənaye Təhlükəsizlik Agenliyinin müdir köməkçisi Hidehiko Nişiyama bölgənin boşaldığını və ətraf ərazidə balıqçılıqla məşğul olmağa qadağa qoyulduğunu bildirib. "Fukusima-1" atom-elektrik stansiyasını işlədən Tokio Elektrik Şirkəti (TEPCO) isə stansiyanın ətrafındakı dəniz suyunun hansı miqdarda radiaktiv çirklənməyə məruz qaldığının bilinmədiyini açıqlayıb.
Yayılan başqa bir xəbərdə isə TEPCO başçısı Masataka Şimuzunun yüksək təzyiq səbəbi ilə xəstəxanaya aparıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB