Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi Brexiti təsdiqləyib

Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi Brexiti təsdiqləyib

Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi fövqəladə iclasda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağı haqqında razılaşma – Brexiti təsdiqləyib.

SİA xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən bu sənədin təsdiqi Avropa Parlamentinin yanvarın 29-da plenar sessiyasında səsvermədən sonra yekunlaşacaq. Bununla da Böyük Britaniya yanvarın 31-də Aİ-ni rahatlıqla tərk edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə