Çində koronavirusa yoluxma hallarının sayı 644 nəfərə, ölənlərin sayı isə 18-ə çatıb

Çində 2019-nCoV – yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxma hallarının sayı 644 nəfərə, ölənlərin sayı isə 18-ə çatıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu, ÇXR bölgələrinin gigiyena və səhiyyə komitələrinin yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, bu xəstəlikdən insan ölümü Hubey əyalətindən sonra ilk hadisə Hebey əyalətində də qeydə alınıb. 80 yaşlı kişi qohumlarını ziyarət etmək üçün getdiyi Uhandan qayıtdıqdan sonra özünü pis hiss edib. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq, ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə