Britaniya kraliçası “Brexit” sazişini təsdiqləyib

Böyük Britaniya kraliçası II Yelizaveta “Brexit” sazişini təsdiqləyib. Trend-in məlumatına görə, bununla da Boris Conson hökuməti tərəfindən hazırlanan sənəd qanuni statusunu alıb və krallığın yanvarın 31-də Avropa İttifaqının (Aİ) tərkibindən çıxması üçün bütün əsas mərhələlər başa çatıb.

Bundan sonra sazişin Aİ tərəfindən rəsmiləşdirilməsi üçün daha bir neçə proses həyata keçirilməlidir. Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını nəzərdə tutan "Brexit" prosesi ilə bağlı 2016-cı ildə referendum keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə