"İsrail Rusiyaya Naama Issachar qarşılığında torpaq verdi" -FOTOLAR

Təl-Əviv rəhbərliyi Moskvada 7,5 il cəza almış gənc qadına görə Şərqi Qüdsəki Aleksandr meydanını Rusiyaya verib. Reuters bu gün Qüdsdə Putinin "hər şey yaxşı olacaq" ifadəsini "son dəqiqə" kodu ilə keçib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Dünyanın gözləri və qulaqları bu gün İsraildədir.


Rusiya lideri Vladimir Putin, ABŞ-ın vitse-prezidenti Mayk Pens və 40-a yaxın ölkənin liderləri və yüksək vəzifəli şəxsləri bu səhər 5-ci Dünya Holokost Forumu üçün Təl-Əvivə gəliblər.

Rusiya Prezidenti Putin forumdan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb. İsrail mətbuatı Şərqi Qüdsdəki Aleksandr Meydanının Rusiyada həbsdə olan İsrail vətəndaşının azadlığa buraxılması müqabilində Moskvaya verildiyini açıqlayıb.


Putin bu gün Netanyahu ilə görüşün ardından Rusiyada 9 ay həbsdə olan Naama İssacharın anası Yaffe İssachar ilə görüşərək ona "Hər şey yaxşı olacaq" deyib. Xatırladaq ki, İsraildəki "Maariv" qəzetinin verdiyi xəbərə görə, 2019-cu ilin aprelində Moskvanın hava limanında tutulan Naama İsaçarın çamadanında narkotik tapılıb.


Eyni zamanda ABŞ vətəndaşı da olan İssachar Rusiya məhkəməsi tərəfindən 7,5 il həbs cəzasına məhkum edilib. Qəzet yazır ki, doqquz aydır həbsdə olan Naama İssacharın anası bu gün Putinlə görüşməzdən əvvəl tərəflər Aleksandr meydanını Rusiyaya verməyə razılıq veriblər.


Qəzetin xəbərlərində ana Yaffe İssacharın İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdüyü və qızının bağışlanmasını və geri gətirilməsini istədiyi bildirilib. Heyətlərarası danışıqlar zamanı bir çox məsələ müzakirə olunub və müzakirə olunan mövzulardan biri də Naama Issacharın bağışlanması olub.


"Maariv" qəzeti 2019-cu ilin sonlarını göstərən xəbərdə rəsmi sənəd dərc edib. Sənəddə "Rusiyanın işğal edilmiş Qüds şəhərinin Köhnə Şəhər bölgəsində yerləşən Aleksandr Meydanına sahib olmaq istəyinə İsrailin müsbət cavab verməsi, meydanın Moskva idarəsinə verildiyi ərazidə Aleksandr Nevski Kilsəsi və digər tikililərə yer verildiyi" sözləri yer alıb.

Qeyd edək ki, keçmiş Rusiya Prezidenti Dmitriy Medvedev 2015-ci ildə Aleksandr meydanındakı əmlak mübahisəsini Rusiyanın xeyrinə olması üçün rəsmi müraciət edib, lakin İsrail tərəfi bunu qəbul etməyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə