Davosda eko-aktivist həyəcan təbili çaldı

Qreta Tunberq, insanlıq tarixinin bitməsinə neçə il qaldığına proqnoz verdib. SİA svpressa.ru saytına istinadən xəbər verir ki, bu il Davosdakı forumun əsas mövzularından biri ekologiya olduğuna görə, İsveçdən eko-aktivist Qreta Tunberq də dəvət edilib və forumda iştirak edən 17 yaşlı ekoloq, dünya liderlərinin CO2 tullantılarını azaltmaq üçün demək olar ki, heç bir iş görmədiyini söyləyib.

“Hətta 1 dərəcə artım olsa belə, insanlar iqlim dəyişikliyindən ölə bilərlər. İqlim sabitliyinin pozulmasının qarşısını almaq bu gün elmin vəzifəsidir", deyə ekoloq həyəcan təbili çalıb.

Eko-aktivist bu məsələdə israrlı olduğunu da ifadə etməkdən çəkinməyib.

"Bilirəm ki, bu barədə eşitmək və danışmaq istəmirsiniz, amma bunu etməyə başlamaq istəyiniz ortaya çıxana qədər davam edəcəyəm" deyə İsveçli fəal israrlı olduğunu bildirib.

O, həmçinin planet sakinlərinin mövcud ekoloji vəziyyəti düzəltmək üçün cəmi səkkiz ildən az vaxtı qaldığı barədə də xəbərdarlıq edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə