45 min suriyalı köç etmək məcburiyyətində qalıb

45 min suriyalı köç etmək məcburiyyətində qalıb

Suriyada Bəşər Əsəd qüvvələri və Rusiyanın İdlib Gərginliyi Azaltma Bölgəsi sərhədləri daxilindəki qərb və cənub kəndlərinə intensiv hücumları səbəbindən son 2 gündə 36 min mülki şəxs yerlərindən didərgin düşüb və son 2 ayda köç etmək məcburiyyətində qalan mülki şəxslərin sayı 45 minə çatıb.

Mətbuata verilən məlumata görə, Hayyan, Anadan, Ayncara, Kasimiyye, Kefer Naha kimi bir sıra şəhərlərdən köç edənlərin sayı sürətlə artır, 2 gün ərzində 11 min 691 ailə evsiz qalıb.

Bildirək ki, köçənlərin böyük qismi Türkiyə sərhədi xəttindəki düşərgələrə, bir qisimi isə, Türkiyənin terrorçulardan təmizlədiyi bölgələrə sığınıblar.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə