Hong Kong dəmiryol operatoru Uhana qatar biletləri satışını dayandırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Hong Kong dəmiryolu operatoru, ərazidə yeni bir növ koronavirusun yayılması ilə bağlı hadisədən sonra Uhana bilet satışını təxirə salıb.
"Çin dəmiryolu rəhbərliyi ilə əlaqə qurulduqdan sonra qərara alınıb ki, Hong Kong və Uhan arasında qatar biletlərinin satışı bundan sonra xəbərdarlığa qədər mövcud olmayacaq", deyə şirkətin açıqlamasında bildirilir. Artıq bilet almış sərnişinlər onları cəriməsiz qaytara bilərlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə