Şəhərin mərkəzində atışma 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Sietl şəhərində atışma baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şübhəli şəxs hadisə yerindən qaçıb və onun axtarışları davam edir.

Atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Polis və həkimlər yaralılara ilkin yardım göstəriblər. Vəziyyəti ağır olan yaralılar xəstəxanaya yerləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə