Bədbəxt hadisədə ölənlərin sayı 20 nəfərə çatıb

Yeni Zelandiyanın Uayt Ayland adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin polis idarəsi xəbər yayıb, açıqlama qurumun saytında yerləşdirib.

"İtkin düşmüş iki nəfərin ölümü təsdiqlənib. Onlar ehtimal edildiyi kimi, vulkan püskürməsi nəticəsində ölüblər", açıqlamada deyilir.

9 dekabrda Uayt Ayland adasında vulkan püskürməsi baş verib. Hadisə zamanı adada 47 nəfər olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə