Ankara Sesmoloji mərkəzindən verilən məlumata görə, Ankaranın Akyurt rayonunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Qubernatoru Vasip Şahin öz Twitter hesabında Akyurt mərkəzində meydana gələn güclü zəlzələdə can və mal itkisi olmadığını söyləyib.
Bildirək ki, komandalar bölgədə araşdırmaları davam etdirirlər.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə