İspaniyanın küçələri köpük içində boğulur. SİA gismeteo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Qloriya" qasırğası İspaniyanı öz cənginə alıb, ifrat dərəcədə olan dalğaların təsirindən sahil şəhərləri dəniz köpüyü ilə örtülüb.

Belə ki, İspaniyanın şərqindəki Tossa de Mar şəhərində sakinlər səs-küylü "köpüklü" küçələr boyunca evlərinə getməli olublar. Mallorca adasında 13 metr hündürlüyə çatan nəhəng dalğalar dam örtüyü olan binaların belə üstünü örtüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə