Kolumbiyada iki sərnişin avtobusunun toqquşması zamanı 34 sərnişin yaralanıb

Kolumbiyada iki sərnişin avtobusu toqquşub.

SİA ""iz.ru" saytına istinadən xəbər verir ki, Bukaramanqa şəhərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı 34 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlarda ikisinin azyaşlı olduğu bildirilib.

İlkin məlumata görə, avtobuslardan birinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanmış digər avtobusa çırpıb.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə