Özbəkistan parlamentinin Ali Məclisi Baş Nazirin müavinlərini təsdiq edib

Özbəkistan parlamentinin Ali Məclisi bu gün keçirilən iclasında Baş Nazirin müavinlərini təsdiq edib.

SİA xəbər verir ki, Açilbay Ramatov Baş Nazirin birinci müavini seçilib.

Camşid Kuçkarov Baş Nazirin müavini, maliyyə naziri, Əziz Abduxakimov Baş Nazirin müavini, turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri, Elmira Basitxanova Baş Nazirin müavini, Qadınlar Komitəsinin sədri təsdiq olunublar.

Beləliklə, 22 nazir və dövlət komitələrinin sədrləri də təyin edilib. Dövlət başçısı Nazirlər Kabinetinin üzvlərini təsdiq etdikdən sonra onların səlahiyyətləri qüvvəyə minir.

Xatırladaq ki, yanvarın 21-də Ali Məclisdə Abdulla Aripov yenidən Özbəkistanın Baş Naziri seçilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə