Son 20 ildə Meksikadakı cinayət nisbətlərinin rekordu qırılıb -FOTOLAR

2019-cu ildə Meksikada törədilən qətllərin sayı son 20 ildə ən yüksək səviyyəyə çatıb. Rəsmi məlumatlara görə, 130 milyon əhalisi olan bir ölkədə keçən il 34 min 582 adam öldürülüb. 2018-ci ildə törədilən qətllərin sayı 33 min 743 olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Meksikada qətllərin sayı beş ildir durmadan artır. Bununla birlikdə 2019-cu ildə artım tempi 2,5 faiz , əvvəlki illərdə isə 17 və 28 faiz olub. Cinayətlərin böyük əksəriyyəti narkotik kartellərinin fəaliyyəti ilə bağlıdır. Bir il prezidentlik müddətini başa vuran Andres Manuel Lopez Obradorın əsas vədlərindən biri ölkədə zorakılığı azaltmaq idi.

Yeni rəqəmləri izah edərkən Obrador, hökumətinin zorakılığı azaltmaqda müvəffəq olmadığını etiraf edib. Mətbuat konfransında danışan Obrador, "Bu, həll edə bilmədiyimiz bir problemdir. Təhlükəsizlik və zorakılıq problemi artıb, mənbələr üçün çox iş görülə bilməyib"-deyə bildirib.

Obrador, ölkədəki zorakılığı azaltmaq üçün narkotik kartellərinə qarşı hərbi metodlarla mübarizə aparmağı üstün tutan köhnə hökumətlərdən fərqli bir strategiya aparacağını və hərbi, dəniz və polis məmurlarından ibarət Milli Qvardiya Birliyini qurduğunu açıqlayıb.

Bundan əlavə, gənclər üçün təhsil, məşğulluq proqramları və narkomaniyaya qarşı mübarizə strategiyaları hazırlanıb. Bununla yanaşı, Prezident bu strategiyaların həyata keçirilməsində çətinliklərdən bəhs edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə