Stoltenberg NATO-nun Yaxın Şərqdəki roluna toxundu

NATO-nun Yaxın Şərqdəki rolunu genişləndirmək potensialı var, amma söhbət heç də döyüş tapşırıqlarından getmir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Jens Stoltenberg Avropa Parlamentinin Xarici İşlər Komitəsi və Brüssel Təhlükəsizlik və Müdafiə Alt Komitəsi qarşısında çıxış edərkən deyib.

Stoltenberqin sözlərinə görə, bu anda NATO daxilində və həm də alyansın tərəfdaşları ilə, NATO-nun Yaxın Şərqdəki rolunu genişləndirə biləcəyi məsələsi müzakirə olunur.
Baş katib, NATO-nun bölgədəki ölkələrin hərbi qüvvələrini, xüsusən də İraqda təlim keçərək öz rolunu genişləndirə biləcəyini də qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da bir qədər əvvəl NATO-nun Yaxın Şərqdə, o cümlədən İraqdakı iştirakını genişləndirməyin vaxtı gəldiyini söyləyib. Alyansın baş katibi daha əvvəl NATO-nun Yaxın Şərqdəki sabitliyə və beynəlxalq terrorizmə qarşı mübarizəyə daha çox töhfə vermə potensialına sahib olduğunu və bununla nə edə biləcəyini araşdırdığını da qeyd edib.
"İnanıram ki, NATO daha çox iş görmək potensialına malikdir, lakin heç də döyüş tapşırıqları sayəsində deyil. Qaldırılan məsələ heç də yeni bir hərbi əməliyyat başlatmağımızla bağlı deyil, məsələ, yeni hərbi əməliyyatlara cəlb olunduğumuz bir vəziyyətin önlənə, qarşısının alına biləcəyi ilə bağlıdır. Profilaktik tədbirlər müdaxilə etməkdən daha yaxşıdır", deyə Stoltenberg bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə