İsrail Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Muxtariyyətini dövlət olaraq tanıması ehtimalına qarşı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib. SİA-nın "Haaretz" qəzetinə istinadən verdiyi məlumata görə, İsrail BMT Təhlükəsizlik Şurası və Avropa Birliyinin (AB) nüfuzlu üzvlərinin diqqətinə çatdırıb ki, Fələstin Muxtariyyəti 1967-ci il sərhədləri daxilində tanınması üçün səylərini davam etdirərsə rəsmi Təl-Əviv özünəməxsus addımlar atacaq.
Məlumata görə, İsrailin Xarici İşlər Nazirliyi keçən həftə 30-dan çox İsrail səfirliyinə gizli bir sənəd göndərərək təlimat verib. Təlimatda Fələstin rəhbərliyinin sentyabr ayında BMT Təhlükəsizlik Şurasında tanınmaq üçün göstərdiyi səylərin ən yüksək diplomatik səviyyədə qarşısının alınması tapşırığı əksini tapıb. İsrail hesab edir ki, xüsusilə AB ölkələrinin verdiyi dəstək fələstinliləri İsraillə aparılan danışıqlardan imtina etmək üçün cəsarətləndirib.
İsrailli diplomatlar Fələstinin Oslo Razılaşmalarını pozduğunu iddia edir. Bildirilir ki, BMT tanısa belə bu bir Fələstin dövlətini meydana gətirməyəcək, əksinə gərginliyi artıracaq. Avropalı diplomatlar isə "Haaretz" qəzetinə İsrailin mesajından xəbərdar olduqlarını ifadə edib. Onlardan biri sentyabr ayında Fələstin dövlətinin tanınmasına maneə olan nəyinsə olmadığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB