Meksikada çox sayda insan cinayətlərin qurbanı olub

Meksikada ötən il 35 mindən çox insan cinayətlərin qurbanı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador əsas problemin korrupsiyanın olduğunu söyləyərək, cinayətkarların ölkəsinə böyük ziyan vurduğunu bildirib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, ötən il ölkə daxilində törədilən qətllər 2018-ci illə müqayisədə 2,7 faiz artıb və bir ildə 35 min 588 adam öldürülüb. Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkədə baş verən cinayət və zorakılığın ölkəsi üçün böyük çətinliklər törətdiyini etiraf edib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə