Daş dövrünə aid yeni əşyalar tapılıb FOTOLAR

Malaziyanın şimalındakı Kedah əyalətində 17 min illik tarixi olduğu təxmin edilən, daşdan hazırlanmış əşyalar tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Malaziya mətbuatında yer alan məlumatlara görə, Baling şəhərindəki Kelambu, Tembus və Akar mağaralarında aparılan arxeoloji qazıntılar zamanı hələ tarixi məlum olmayan dövrə aid əl işləri tapılıb.

Qeyd edək ki, tapılan əşyalar müayinə üçün Malay Dünya və Sivilizasiya İnstitutuna, Malayziya Milli Universitetinə və Malaya Universitetinin geologiya bölməsinə göndərilib.

İlk məlumatlara görə, əşyaların 17 min il əvvəl daş dövrünə aid olduğu ehtimal edilir.

Bildirək ki, bölgədə qazıntı işlərinin davam edəcəyini söyləyən səlahiyyətlilər, yeni əşyaların tapılacağını güman etdiklərini söyləyib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə