KXDR Çin ilə sərhədi bağlamağa qərar verdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni koronavirus xəstəliyi səbəbindən Çin ilə sərhədi bağlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 22 yanvar tarixindən etibarən KXDR hökuməti xarici turistləri qəbul etməkdən imtina edib. Virusun yayılmaması məqsədi ilə bu qərar qəbul edilib. Xarici vətəndaşların əksəriyyəti Şimali Koreyaya Çindən gəlir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə