Çində virusa yoluxanların sayı artır - FOTOLAR

Çinin Vuhan şəhərində naməlum virus dünya miqyasında çaxnaşmaya səbəb olub. Xəstəliyə yoluxmuş insanlarda ağciyər xəstəliklərinə səbəb olan virus səbəbindən 9 nəfər ölüb. Xəstəlik ABŞ da daxil olmaqla 3 ölkəyə yayılıb. Hadisə ilə əlaqədar səhər Çindən yeni açıqlamalar da gəlib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


Dekabr ayında Çinin Vuhan şəhərində balıq bazarında aşkar edilən virus sürətlə yayılır.


Sözügedən virus 2002-2003-cü illər arasında 916 nəfərin ölümünə səbəb olan ağır kəskin tənəffüs sindromu (SARS) epidemiyasına bənzədiyi üçün narahatlığa səbəb olub və sürətlə yayılması da insanlar arasında çaxnaşmanı artırıb.

Bazar ertəsi Çin Milli Səhiyyə Komissiyası virusun 218 insana ötürüldüyü, 4 adamın xəstəlikdən öldüyü haqda məlumat yayıb.


Bununla birlikdə Çin Milli Səhiyyə Komissiyası bu gün səhər saatlarında virusun 3 ölkəyə, o cümlədən ABŞ-a yayıldığını, xəstəliyə yoluxanların sayının 440-dan çox olduğunu və ölənlərin sayının 9-a çatdığını bildirilib.


Çin rəsmiləri, 9 adamın ölümünə səbəb olan koronavirusun uyğunlaşdığını və mutasiya edildiyini tapdıqlarını söyləyiblər.


Çini səlahiyyətliləri aldıqları tədbirləri də açıqlayıb.


Vuhanda insanlara məcburi olmadıqları müddətdə evlərində qalmağı tövsiyə edərkən, növbəti qərara qədər heç bir heyvanın, o cümlədən ev quşlarının Vuhana girməməsi və çıxarılmasına icazə verilməyəcəyi ifadə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə