Stokholmun ətraf qəsəbəsində yaşayış evlərinin qarşısında iki partlayış baş verib. SİA xəbər verir ki, partlayışlardan sonra 50-dək insan öz evindən təxliyə edilib. Partlayışlar bir neçə dəqiqə fərqlə Stokholmun şimal-qərbindəki Hasbi rayonunun bir neçə yüz metrliyində baş verib.

İsveç polisinin verdiyi məlumata görə, partlayışlar nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya çatdırılıb. Hadisə yerinə gələn polis və minaaxtaranlar 50-yə yaxın insanı təxliyə ediblər. Partlayışların baş verdiyi ərazidəki binalara xeyli ziyan dəyib. Asayiş keşikçilərinin sözlərinə görə, istifadə olunan partlayıcı maddənin növü hələ ki, müəyyən edilməyib. İsveç polisi və prokurorluğu bu partlayışlarla bağlı təhqiqata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə