Prezidentin başına 3 milyon dollar qoyulub

İranın millət vəkili Trumpın başına üç milyon dollar təklif edir. SİA İranın İSNA agentliyinə istinadən xəbər verir ki, İranlı millət vəkili Əhməd Həmzə ABŞ prezidenti Donald Trumpın başı üçün üç milyon dollar ödəniləcəyini deyib.
"Kerman əyaləti xalqı adından Trump-ı öldürən və başını bizə gətirən birinə üç milyon dollar pul ödəyəcəyik", deyə millət vəkili Əhməd Həmzə bildirib.

Xatırladırıq ki, Kerman əyaləti, amerikalılar tərəfindən öldürülən İran generalı Kassem Süleymaninin doğma yeridir və son həftələrdə Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Onu da qeyd edək ki, ABŞ-ın İraqdakı səfirliyi qarşısındakə etiraz aksiyasına görə Vaşinqton Tehranı ittiham etdi və sonra ABŞ hərbçiləri Süleymanini İraqda olarkən öldürdülər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə