Tramp nəyi "təbii fəlakət" adlandırdı?

Vaşinqton bu vaxta qədər imzalanan ən pis ticarət razılaşması hesab etdiyi Şimali Amerika Azad Ticarət Zonası ilə ticarət danışıqlarını pozur və bunu "təbii fəlakət" hesab edir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Daha əvvəl dediyim kimi, bu günə qədər imzalanan ən pis ticarət sazişlərindən biri olan Şimali Amerika Azad Ticarət Zonası adlı təbii fəlakətə son verdik. Bunu Meksika və Kanada ilə inanılmaz yeni müqavilə ilə əvəz etdik", deyə Tramp bildirib.

Xatırladırıq ki, ABŞ-ın Kanada və Meksika ilə yeni Azad Ticarət Sazişi, üç ölkənin liderləri tərəfindən 2018-ci ilin Noyabr ayında Buenos Ayresdə G20 Sammitində imzalanıb və rəsmi Vaşinqtonun fikrincə bu Şimali Amerika Azad Ticarət Bölgəsini əvəz etməlidir. Saziş ABŞ prezidentinin təkidi ilə yeni kompromis şərtləri ilə yenidən müzakirə edilib. Sənəd Amerika Konqresi də daxil olmaqla üç ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir.

Əvvəllər də Amerika Senatı ABŞ, Meksika və Kanada arasında ticarət sazişini təsdiq etmişdi, lakin Konqres hələ ratifikasiya etməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə