Türkiyə barışıq üçün səylərini davam etdirəcək

Türkiyə Liviyada atəşkəs rejimini qorumaq üçün səylərini davam etdirəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

Xatırladırıq ki, bazar günü Berlində Rusiya, ABŞ, Türkiyə, Misir və digər ölkələrin, eləcə də AB və BMT-nin iştirakilə Liviya ilə bağlı beynəlxalq konfrans keçirilib. Milli Razılaşma Hökumətinin baş naziri Fayez Sarraj və Liviya Milli Ordu Komandiri Xəlifə Haftar yenə aralarında birbaşa danışıqlar təşkil edə bilməmələrinə baxmayaraq konfransda iştirak ediblər. Konfransın əsas nəticəsi onun iştirakçılarının Liviyada atəşkəsə çağırışı və münaqişə tərəflərinə silah tədarükünə qoyulmuş embarqoya riayət etməklə münaqişəyə müdaxilə etməmək öhdəliyi olub. Bundan əlavə, iclas iştirakçıları atəşkəs rejiminə nəzarət komitəsinin yaradılmasını təklif ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...