Dəhşətli virus 15 nəfərin həyatına son qoydu

Qərbi Afrika ölkəsi olan Nigeriyada son bir həftədə "Lassa hərarəti" epidemiyası səbəbindən 15 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, ötən həftə ölkənin Ondo əyalətində 100-ə yaxın insan müalicə olunub, onlardan 28-nin həyatı təhlükəlidir.

Qeyd edək ki, siçan nəcisi ilə təmas nəticəsində ötürülən "Lassa hərarəti" epidemiyası insandan insana keçə bilər. Səhiyyə işçiləri gigiyenaya riayyət etməyi, siçovullarla və digər gəmiricilərlə əlaqə yaratmamağa çağırır.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə