ABŞ səfirliyi yaxınlığına üç raket atılıb

ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığına üç raket atılıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, İraq təhlükəsizlik orqanlarındakı mənbə çərşənbə axşamı günü Bağdaddakı yaşıl zonaya üç raket düşdü barədə məlumat verib.

Hadisənin ABŞ səfirliyinin yerləşdiyi ərazidə baş verdiyi aydınlaşdırılıb. Nəticəsində itki olmadığı bildirilib.
Xatırladırıq ki, bu, Amerikanın İraqdakı obyektlərinə ilk atəş deyil. İki gün əvvəl, Amerikalıların da olduğu Balad hərbi bazası vurulub. Bu hadisə də xəsarət alan olmayıb.

Yaxın Şərqdə gərginlik müşahidə edilir. Amerika qüvvələrinin dekabrın sonunda Suriya və İraqdakı hədəfləri vurmasından sonra Yaxın Şərqdəki vəziyyət gərginləşib.

Bundan sonra hərəkatın tərəfdarları ABŞ-ın Bağdaddakı diplomatik nümayəndəliyinə hücum etməyə başlayıblar. Yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirib və bunu da Tehran Süleymaninin öldürülməsinə görə qisas adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə