İdlibdə 50 mülki vətəndaş həyatını itirib

İdlibdə atəşkəs elan olunmasına baxmayaraq, Bəşər Əsəd rejimi və Rusiyanın hücumlarının nəticəsi olaraq, yanvarın 12-dən bu yana 50 mülki vətəndaşını itirib, 31 min 500 nəfər yerlərindən didərgin düşdüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Suriya Koordinatorunun verdiyi məlumata görə, atəşkəsin elan edilməsindən bu yana İdlib Gərginliyi Azaltma Bölgəsinə Rusiya 232, Bəşər Əsəd isə 89 hava hücumu təşkil edib. Hücumlarda 2 məktəb binası və 2 Mülki Müdafiə mərkəzi və digər yaşayış mərkəzləri hədəf alınıb.

Bildirək ki, Rusiya Əsəd rejimi və İranın dəstəklədiyi terrorçu qrupların hücumları nəticəsində 13 uşaq, 3 qadın və bir Mülki Müdafiə məmuru olmaqla, ümumilikdə 50 mülki şəxs hücumlarında həyatını itirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə