Faşistlərin törətdiyi qətllərin qalıqları tapılıb

Pskov yaxınlığında faşistlər tərəfindən öldürülən uşaqların qalıqları olan qəbir aşkar edilib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə bölgədəki dövlət qurumlarının rəsmi portalında məlumat verilib.

Məlumata görə, Pskov vilayətinin Pitalovski rayonunda dəhşətli bir tapıntı, Böyük Vətən Müharibəsi zamanı nasistlər tərəfindən öldürülmüş uşaqların kütləvi məzarlığı üzə çıxıb.

Əvvəlcə axtarış qrupu Qızıl Ordunun iki döyüşçüsünün dəfn edildiyi yerləri axtardılar. Meşə gözətçisi onlara tərk edilmiş Kamenka kəndində mümkün bir yeri göstərib. Nəticədə bir sovet əsgərinin qalıqları olan bir məzarı tapmaq həqiqətən də müyəssər olub. Mərhumun ordu çəkmələri, kəməri və formanın bir hissəsi tapılıb və ekspertiza zamanı 41 yaşında öldüyü müəyyən olunan əsgərin gənc bir rabitəçi olduğu qənaətinə gəlinib.
Lakin qalıqları qəbirdən çıxardıqda torpaq divarı çöküb və on nəfərin kütləvi şəkildə basdırıldığı qəbir aşkara çıxıb. Ölənlər arasında körpəsi olan bir ana və bir neçə yeniyetmə olduğu bəlli olub.

"Bundan əlavə, dəfn yerində çox sayda qırıntı tapılıb. Bu, insanların yalnız zorakılıqla öldürülməsi versiyasını təsdiqləyir", deyə "Axtarış-97" heyətinin komandiri Dmitri Erşov bildirib.

Bununla yanaşı, tərk edilmiş kəndin ərazisindəki qazıntı işlərinin davam etdiriləcəyi də bildirilib. Axtarış heyəti hələ ikinci döyüşçünün cəsədini və birincisinin medalyonunu tapmayıb. Onların ərazidə başqa kütləvi məzarların olub olmadığını da müəyyənləşdirəcəyi gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə