Təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında QARŞIDURMA

Hindistanın Cammu Kəşmir bölgəsində təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş verən qarşıdurmada Hizbol təşkilatına üzv olduğu iddia edilən 3 nəfərin öldüyü açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, NDTV kanalının verdiyi məlumatda təhlükəsizlik qüvvələrinin Şopian bölgəsinin Wacchi istiqamətində axtarış əməliyyatlarının başlatdığı bildirilib.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri ilə Hizbol təşkilatının üzvləri arasındakı qarşıdurmada 3 təşkilatın olduğunu bildirən polis, ölənlərdən birinin 2018-ci ildə polis qüvvələrini tərk etdikdən sonra təşkilata qoşulan keçmiş polis məmuru olduğunu açıqlayıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə