Rusiya və Türkiyə müdafiə nazirləri Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Suriya və Liviyadakı vəziyyətə diqqət edərək, Yaxın Şərq və Şimali Afrika bölgələrindəki vəziyyəti müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə