Ərdoğan Liviyaya qoşun göndərmədiyini söylədi

"Türkiyə Liviyaya hələ qoşun göndərməyib, orada yalnız türk hərbi müşavirləri iştirak edir". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Berlindən qayıdan Ərdoğan türk jurnalistlərə deyib.

Bazar günü Berlində Rusiya, ABŞ, Türkiyə, Misir və digər ölkələrin, eləcə də AB və BMT-nin iştirakı ilə Liviya ilə bağlı beynəlxalq konfrans keçirilib. Milli Saziş Hökümətinin baş naziri Fayez Sarraj və Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar zirvə görüşündə olublar. Lakin yenə də aralarında birbaşa danışıqlar baş tutmayıb.

Xatırladaq ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya vahid bir dövlət olaraq fəaliyyətini dayandırıb. Artıq ölkədə ikili hakimiyyət hökm sürür. Xalqın seçdiyi məclis şərqdə, qərbdə, paytaxt Tripolidə, BMT və Avropa Birliyinin dəstəyi ilə qurulan Milli Razılıq Hökumət qaydalarını yerinə yetirir. Ölkənin şərq bölgəsinin hakimiyyəti Tripolidə müstəqil şəkildə fəaliyyət göstərir və Liviya Milli Ordusu marşal Xəlifə Haftarla əməkdaşlıq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə