Meksika rəhbəri artıq prezident təyyarəsindən istifadə etmək niyyətində olmadığını bildirib. SİA argumenti.ru-ya istinadən xəbər verir ki, Meksika hökuməti layneri lotereya oyununda uduşa çıxarmağa qərar verib.

Ölkə Prezidenti yalnız kommersiya uçuşları ilə uçur və hələ heç bir xarici ezamiyyətə getməyib. Buna görə də, dövlət başçısının sözlərinə əsasən, təyyarənin satılması, icarəyə götürülməsi və ya ümumiyyətlə lotereyada uduşa qoyulması lazım gəlir.

Təyyarəni almaq istəyənlər çox olub. Ancaq heç kim onu ala bilməyib. Təyyarə üçün təxminən 130 milyon dollar tələb olunur. Bu günə qədər Boeing ABŞ-dadır.

Ölkə hakimiyyəti lazımi miqdarda pul toplamaq üçün bir neçə milyon lotereya biletləri buraxmağı planlaşdırır. Uduşdan sonra qazanılacaq qalibə köçürüləcək.

Dövlət başçısı alınan pulların Meksika klinikaları üçün tibbi avadanlıqlara xərclənəcəyini planlayır.

Xatırladaq ki, Boeing 787 əvvəlki rəhbərlik tərəfindən 218 milyon dollara alınıb. Təyyarənin yaxşı texniki təchizatı, rabitə, qoruyucu sistemləri var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə