Pompeo-Maas görüşündə Liviyada atəşkəs məsələsi müzakirə edilib

ABŞ Dövlət Katibi Mayk Pompeo Almaniyanın Xarici İşlər naziri Hayko Maasla Liviyada atəşkəs yaradılmasını müzakirə edib.

SİA xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Dövlət katibi Pompeo və nazir Maas davamlı atəşkəsə dəstək vermək, siyasi danışıqlar prosesinə qayıtmaq və Liviyaya qarşı xarici müdaxilələrə son qoymaq üçün davam edən beynəlxalq səyləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.

Tərəflər, həmçinin Liviyanın suverenliyini dəstəkləyib.

Söhbət zamanı Əfqanıstan və İran məsələsi də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə