Raket zərbələri nəticəsində ölən Yəmən hərbçilərinin sayı 100-ü ötüb

“Ənsar Allah” hərəkatının (husilər) qüvvələri tərəfindən Yəmən ordusunun təlim düşərgəsinə atılmış raket zərbələri nəticəsində 100 hərbçi ölüb.

SİA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Yəmən XİN-ə istinadən məlumat yayıb.

Bundan əvvəl 80 nəfərin öldüyü, 150 nəfərin yaralandığı deyilirdi. Məlumata görə, husilərin hədəfi Yəmən ordusunun 4-cü alayının təlim düşərgəsi ərazisində yerləşən məscid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...