"Netblocks" agentliyi Venesuelanın şimalında və qərbində elektrik təchizatında geniş miqyaslı nasazlıqlar barədə məlumat verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ümumilikdə, ölkənin 23 əyalətindən 16-sı elektrik enerjisinin kəsilməsi ilə üzləşib, bunlardan üçündə - Taçira (14%), Merida (23%) və Karabobo (45%) əyalətlərində elektrik enerjisinin verilməsi az hissədə bərpa olunub.

Ölkədə elektrik enerjisinin kəsilməsi 5 əyalətdə İnternet bağlantısı ilə bağlı problemlərə səbəb olub. Müşahidəçilər və analitiklər Venesueladakı elektrik enerjisinin kəsilməsinin səbəblərinin avadanlıqların köhnəlməsi və infrastruktura az investisiya qoyulmasını hesab edirlər.

Karakasda ötən yay yaşanan elektrik kəsintilərindən sonra, Venesuela Rabitə və İnformasiya naziri Xorxe Rodriges, ölkə daxilindəki elektrik problemlərinin, ölkənin əsas su elektrik stansiyasına yönəldilmiş "elektromaqnit hücumu" səbəbi ilə əlaqədər olduğunu bəyan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə