Çində yeni virusa yoluxanların sayı artıb

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssislərin qiymətləndirməsi virusun aşkarlandığı Uxan şəhərinin əhalisi və orada fəaliyyət göstərən beynəlxalq hava limanından istifadə edənlərin sayına əsaslanır. Belə ki, şəhərdə 19 milyona yaxın insan yaşayır və gündə 3,4 min xarici vətəndaş beynəlxalq hava limanı ilə səyahət edir. Həkimlər, simptomların infeksiyadan dərhal sonra görünmədiyini, inkubasiya dövrünün 5-6 gün davam etdiyini bildiriblər. Onların sözlərinə görə, “panika üçün tezdir”, lakin narahatlıq üçün səbəblər var.

Qeyd edək ki, Çində virusa yoluxanların sayı 52 nəfərə çatıb. Daha 3 yoluxma hadisəsi Tayland və Yaponiyada qeydə alınıb. Çinin Uxan şəhərində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanlardan ikisi vəfat edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...