Dünya şokda: yerindən tərpənə bilmirdi, İŞİD lideri çıxdı

2 il bundan əvvəl İŞİD terror qruplaşmasının işğalından azad edilən İraqın Mosul şəhərində polisin xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat nəticəsində İŞİD- in önəmli adamlarından olan Əbdülbari ləqəbi ilə tanınan Şəfa əl Nima tutulub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkil edilən əməliyyat nəticəsində Mosulun şərqində yerləşən Mansur məhəlləsində tapılan Əbdülbari 150 kq olduğu üçün polis maşınına yerləşməyib. Nəticədə İraq hüquq-mühafizə orqanları terroristi yük maşını ilə aparmalı olublar.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə