Atışma nəticəsində 28 nəfər ölüb, 56 nəfər yaralanıb

Hələbdə silahlıların atəşə tutulması nəticəsində 28 nəfər ölüb. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Döyüşən Tərəflərin Razılaşma Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yaraqlıların atəşə tutulması nəticəsində Həlbdə 28 mülki şəxs həlak olub. Eyni zamanda, 56 nəfərin yaralandığı da məlumatda öz əksini tapır. Hazırda yaralılar tibbi yardım alırlar. Hərbçilər arasında itki olmadığı bildirilir.

Xəbər verilir ki, atışma artıq şəhərin mərkəzinə çatır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə