Daha bir təyyarənin uçuşu ləğv edildi

Yaponiyada təyyarənin gedişi, ön şüşədəki bir çat səbəbiylə ləğv edilib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası informasiya verib.

İnformasiyaya görə, Tokiodan Şanxaya istiqamət alan təyyarənin uçuşu ləğv edilib. Təyyarənin uçuşunun ləğv edilməsinin səbəbi, ön şüşəsində yaranan çatlar olub.

Qeyd edildiyi kimi, Boeing 787 artıq sürət almağa başlasa da, şüşədə çatlar görünəndə uçuş ləğv edilib.
Hadisə zamanı heç kim zərər çəkməyib.

Səbəblər dəqiqləşdirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...