Qar uçqunu nəqliyyatın hərəkətinə maneə törədib

Krasnoyarsk Bölgəsində, yolda uçqun hadisəsi baş verib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bölgədəki Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Krasnoyarsk Bölgəsinin Kuraqinsky rayonunda dağdan yola uçqun düşüb və buna görə yerli Kuraqino-Çeremşanka avtomobil yolunun 27-ci kilometrliyində nəqliyyatın hərəkətinə maneə törədib.
Hazırda ərazinin təmizlənməsi üçün texnika cəlb edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə