690-dan çox uçuş təxirə salınıb

Amerikanın Çikaqo şəhərində (İllinoys ştatı) yerləşən O'Hara beynəlxalq hava limanında şəhərə və ətrafına yağan qar səbəbindən 690-dan çox uçuş təxirə salınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə hava limanının “Twitter” səhifəsində bildirilib.

Daha əvvəl hava limanının rəhbərliyi uçuşların ləğvinin qar çovğununa görə olduğunu qeyd etmişdi. Çikaqonun digər hava limanında – “Midvey”də isə əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilmiş uçuşların sayı 170-i keçib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə