ABŞ-ın silah-sursatla dolu 75 yük maşını Suriyaya daxil oldu

Suriyanın şərqində yerləşən Deyr əz-Zora və Hasaka bölgələrinə ABŞ ordusunun silah-sursatla dolu yük maşınlarının göndərildiyi iddia olunur. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Əl-Qamışlı kəndindəki mənbələr 75 yük maşınının Dəclə çayı üzərindəki Semalka sərhəd-keçid məntəqəsini keçdiyini bildiriblər.

Qeyd edək ki, ABŞ ötən il qoşunlarını Suriyadan çıxarsa da, sonradan hərbi qulluqçularını yenidən geri göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə