Türkiyənin xüsusi təyinatlı qüvvələri Tripoliyə gəlib

Türkiyənin xüsusi təyinatlı qüvvələri beynəlxalq səviyyədə tanınan və Fayez Sarracın rəhbərlik etdiyi Liviya Milli Razılıq Hökumətinin (MRH) rəsmi nümayəndələrini mühafizə etmək üçün paytaxt Tripoliyə gəlib.

SİA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Türk xüsusi təyinatlılar MRH-nin məmurlarını qorumaq üçün Tripoliyə çatıb”, - deyə telekanalın “Twitter” səhifəsində bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə