Küveyt ötən il 40 min əcnəbini ölkədən çıxarıb

Küveyt ötən il 20 müxtəlif ölkədən olan 40 min nəfəri ekspatriasiya edib. KUNA informasiya agentliyi xəbər verir ki, hökumətin bu addımının səbəbləri həmin şəxslərin ölkədə müvəqqəti yaşayış hüququnu pozmaları və kriminal amillərdir.

Küveytin Al-Qabas nəşrinin məlumatına görə, ötən il ölkədən çıxarılan əcnəbilərin sayı 2018-ci illə müqayisədə 14 min nəfər çox olub. Ekspatriasiyaya məruz qalanların 13 min nəfəri qadın, 27 mini isə kişilərdir. Onların arasında ən çox Hindistan vətəndaşlarıdır. Daha sonra Banqladeş və Misir vətəndaşları gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...